Gürcüstanda son sutkada daha 10 230 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 48 nəfər ölüb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Məlumata əsasən, daha 7 223 nəfər müalicə olunaraq sağalıb.
Pandemiya başlayandan bu günədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 575 999 nəfər yoluxub. Onların 1 429 763-ü sağalıb, 16 981-i isə vəfat edib.