Gürcüstanda koronavirusdan daha 2 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusdan 2 yeni ölüm halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 səbəbindən vəfat edənlərin sayı 39-a çatıb.

Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı isə 796 nəfər artaraq 3 120 olub. 

Digər xəbərlər

Antalyada zəlzələ olub 06 mart, 2026 / 09:50