Gürcüstanda koronavirusa yoluxanların sayı artdı - YENİLƏNİB

Gürcüstanda koronavirusa yoluxanların sayı 5 nəfər artaraq 827-yə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Qeyd olunub ki, indiyədək COVID-19-a yoluxanların 690-nı sağalıb, 13-ü isə dünyasını dəyişib.

Ölkə üzrə karantində 3 230, stasionar nəzarətdə isə 285 nəfər saxlanılır. 


*** 19:49

Gürcüstanda daha bir nəfərdə koronavirus aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 823-ə çatıb. Onların 690-ı sağalıb, 13-ü isə vəfat edib. 

Digər xəbərlər