Gürcüstanda koronavirusa yoluxanların sayı 12 nəfər artaraq 695-ə çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
İndiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasından 425 nəfər sağalıb,12 nəfər isə vəfat edib.
Hazırda ölkə üzrə karantində 3 822, stasionar nəzarətdə isə 360 nəfər saxlanılır.