Gürcüstanda koronavirusa yoluxanların sayı 70 nəfərə çatdı

Gürcüstanda koronavirusa daha üç yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.

Bununla da koronavirusa yoluxanların sayı 70 nəfərə çatıb. Pasiyentlərin 9-u sağalıb.

Qeyd olunub ki, hazırda karantində 4 055, stasionar nəzarətdə isə 252 nəfər saxlanılır.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24