Gürcüstanda koronavirusa yoluxanların sayı 623-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 8 nəfər artaraq 623-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

İndiyədək qonşu ölkədə COVID-19 virus infeksiyasına yoluxanların 288 nəfəri müalicə olunraq sağalıb, 9 nəfər isə dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 4 723, stasionar nəzarətdə isə 446 nəfər saxlanılır.

Digər xəbərlər