Gürcüstanda koronavirusa yoluxanların sayı 566-a çatdı

Gürcüstanda koronavirusa 27 yeni yoluxma halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 566-a çatıb. Onların 184-ü sağalıb, 6-sı isə ölüb.

Karantində 5 243, stasionar nəzarətdə isə 550 nəfər saxlanılır.

Digər xəbərlər

Xamənei 2108 məhkumu əfv edib 10 fevral, 2026 / 15:37