Gürcüstanda koronavirusa yoluxanların sayı 348 nəfərə çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Məlumata görə, COVID-19 infeksiyasına yoluxanların 76-sı sağalıb, 3-ü isə ölüb.
Karantində 5 000, stasionar nəzarətdə isə 494 nəfər var.
***19:48
Gürcüstanda koronavirusa 4 yeni yoluxma halı qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla qonşu ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 340 nəfərə çatıb. Onların 76-sı sağalıb, 3-ü isə dünyasını dəyişib.
Karantində 5 000, stasionar nəzarətdə isə 494 nəfər saxlanılır.