Gürcüstanda koronavirusa yoluxanların sayı 300-ü ötdü

Gürcüstanda daha 6 nəfərin koronavirusa yoluxması təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 306 nəfərə çatıb. Onların 69-u sağalıb, 3-ü isə ölüb.

Karantində 4 990, stasionar nəzarətdə isə 462 nəfər saxlanılır.

Digər xəbərlər