Gürcüstanda koronavirusa doqquz yeni yoluxma halı qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə yerli hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 242 nəfərə çatıb. Onların 57-si sağalıb, 3-ü isə ölüb.
Hazırda karantində 4 856, stasionar nəzarətdə isə 370 nəfər saxlanılır.