Gürcüstanda koronavirusa yoluxanların sayı yenə artıb

Gürcüstanda son sutkada koronavirusa 19 yeni yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da, qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 104 nəfərə çatıb. Həmin şəxslərin 914-ü sağalıb, 16-sı isə vəfat edib.

Hazırda Gürcüstan üzrə karantində 5 936, stasionar nəzarətdə isə 268 nəfər saxlanılır.

Digər xəbərlər