Gürcüstanda koronavirus hallarının sayı 77-yə çatdı

Gürcüstanda təsdiqlənən koronavirus hallarının sayı 77-yə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Karantində 4 055, stasionar nəzarətdə isə 252 nəfər saxlanılır.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusdan 10 pasiyent sağalıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 67 nəfər təşkil edir. 

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 06 noyabr, 2026 / 05:45