Gürcüstanın Tkibuli şəhərində Mindeli adına kömür mədənində partlayış baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, qəza nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralananlar xəstəxanaya yerləşdirilib. Onlardan biri ölüb, digərlərinin vəziyyəti isə ağır qiymətləndirilir.
Partlayışın səbəbləri araşdırılır.