Gürcüstanda fövqəladə vəziyyət mayın 23-də başa çatacaq

Gürcüstanda fövqəladə vəziyyət rejimi mayın 23-də başa çatacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı ölkə prezidenti fərman imzalayıb. 

Fərmana əsasən, ölkə ərazisində fövqəladə vəziyyət və komendant saatı mayın 22-də də qüvvədə olacaq.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə komendant saatı daxil olmaqla fövqəladə vəziyyətin müddəti uzadılmayacaq. 

Digər xəbərlər