Gürcüstanda dizel bahalaşıb

Gürcüstanda bəzi yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiyməti artıb.

“Report”un yerli bürosu xəbər verir ki, dizelin qiyməti 2-6 tetri arasında bahalaşıb.

Benzinin qiymətində isə dəyişiklik qeydə alınmayıb.

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi dizelin bahalaşmasını son günlər beynəlxalq bazarda yanacağın qiymətinin artması ilə əlaqələndirib. 

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24