Gürcüstanda daha bir nazir özünü təcrid edib

Gürcüstanın təhsil naziri Mixeil Çxenkeli özünü cəmiyyətdən təcrid edib.

“Report”un yerli bürosu xəbər verir ki, nazirin ailə üzvündə koronavirus aşkarlanıb.

Hazırda M.Çxenkelidə COVID-19-a xas simptomlar müşahidə olunmur və o, özünü yaxşı hiss edir.

Qeyd edək ki, ölkənin iqtisadiyyat naziri Natia Turnava ötən gündən özünütəcrid rejiminə keçib.

Digər xəbərlər