Gürcüstanda daha 30 nəfərdə koronavirus aşkarlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 336 nəfərə çatıb. Onların 74-ü sağalıb, 3-ü isə ölüb.
Hazırda karantində 5 000, stasionar nəzarətdə isə 494 nəfər saxlanılır.