Gürcüstanda daha 25 161 nəfərdə koronavirus aşkarlanıb, 51 nəfər ölüb

Gürcüstanda son sutkada daha 25 161 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 51 pasiyent ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 16 789 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 375 615 nəfərdə aşkarlanıb. Onların 1 141 231-i sağalıb, 15 351-i isə vəfat edib.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50