Gürcüstanda daha 237 nəfər COVID-19-a yoluxub

Gürcüstanda son sutkada daha 237 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 648 nəfər müalicə olunaraq sağalıb, 2 nəfər vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 652 472 yoluxma faktı qeydə alınıb. Yoluxanların 1 632 842-si sağalıb, 16 783-ü isə ölüb.

Digər xəbərlər