Gürcüstanda daha 2 979 nəfərdə COVID-19 aşkarlanıb, 53 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 2 979 yeni yoluxma halı təsdiqlənib, 53 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da Gürcüstanda indiyədək COVID-19-a yoluxanların sayı 904 181-ə, ölənlərin sayı isə 12 966-ya yüksəlib.

Ötən 24 saat ərzində 3 470, ümumilikdə isə 852 560 nəfər müalicə olunaraq sağalıb.

Digər xəbərlər