Gürcüstanda COVID-19 pasportları veriləcək

“Yaxın zamanlarda Gürcüstanda COVID-19 pasportlarının verilməsi təcrübəsi tətbiq olunacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya deyib.

O, hazırda sənəddə əks olunacaq əsas göstəricilərlə bağlı işlərin aparıldığını bildirib: “Pasportda vaksinasiya tarixçəsi, keçirilmiş xəstəliklər, bəzi hallarda PCR testin cavabları yer alacaq. Hesab edirəm ki, bu sənədin tətbiqi təcrübəsi qısa zaman ərzində reallaşdırılacaq”.

Digər xəbərlər

İranda işıq problemi olmayacaq 23 mart, 2026 / 04:12