Gürcüstanda 4 nazir koronavirusa yoluxub

Gürcüstan hökumətinin 4 üzvünün koronavirusa yoluxduğu təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Birinci kanalı məlumat yayıb.

Bildirilib ki, müdafiə nazri Cuanşer Burçuladze, təhsil naziri Mixeil Çxenkeli, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili və regional inkişaf və infrastruktur naziri İrakli Karseladze COVID-19-a yoluxub.

Bu səbədən onlar hökumətin bugünkü iclasında iştirak etməyiblər.

Digər xəbərlər