Gürcüstanda bu günədək 4 666 tibb işçisi koronavirusa yoluxub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
O, bu göstəricisinin ümumi yoluxanların 6,4 %-ni təşkil etdiyini deyib.
Mərkəz rəhbəri qeyd edib ki, xəstəliyə tutulan səhiyyə işçiləri arasında həkim və tibb bacıları da var.