Gürcüstanda daha 6 tibb işçisinin koronavirusa yoluxması təsdiqlənib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “Rustavi 2” kanalına məlumat verib.
Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 infeksiyasına yoluxan tibb işçilərinin sayı 16-ya çatıb: “Bu rəqəm artsa, pasiyentləri müalicə edən qalmayacaq”.