Gürcüstanın XİN rəhbəri: Ölkə sülhün tərəfini tutduğuna görə cəzalandırılır

"Qərb ölkələri Gürcüstanı sülhün tərəfini tutduğuna və müharibədən imtina etdiyinə görə cəzalandırır".

"Report"un məlumatına görə, bunu "İmedi" telekanalına müsahibəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

"Gürcüstan hakimiyyətini etdiyi seçimə görə cəzalandırırlar. Biz müharibənin yox, sülhün lehinə seçim etmişik. Hakimiyyət ölkəmizdə müharibə və qeyri-sabitlikdən əl çəkib. Məhz buna görə də Gürcüstan dövlətinə müəyyən qüvvələr tərəfindən bu cür təzyiqlər aldıq", - deyə Boçorişvili bildirib.

XİN rəhbəri qeyd edib ki, təzyiqlər davam edir və bu cür aksiyaları həyata keçirən qüvvələr heç yana getməyib. Nazirin sözlərinə görə, bəzilərinin hələ də Gürcüstanda qeyri-sabitliyin saxlanmasında marağı var.

Xəbər lenti