Bakı. 14 sentyabr. REPORT.AZ/ Gürcüstan və Çin arasında azad ticarət sazişi imzalanıb.
Bu barədə "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir.
Beləliklə, Gürcüstan məhsullarının 2017-ci ilin ikinci yarısından etibarən Çin bazarına gömrük rüsumları tətbiq edilmədən daxil olacağı gözlənilir.
Xatırladaq ki, Gürcüstan Çin ilə azad ticarət sazişi imzalayan ilk region ölkəsidir.