Gürcüstan tibbi maska istehsalına başlayır

Gürcüstanda iki şirkət tibbi maskaların istehsalına maraq ifadə edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən yerli “IPN” agentliyinə bildirilib.

Hər iki şirkətə müvafiq icazə verilib və onlar artıq istehsal avadanlığının təchizatı prosesinə başlayıb.

Səhiyyə Nazirliyi şirkətlərə tibbi maska istehsalına mümkün olduğu qədər tez başlamağı tapşırıb.

Qeyd edək ki, qonşu ölkədə ciddi tibbi maska qıtlığı yaşanır.

Digər xəbərlər

Zelenski Putini Kiyevə dəvət edib 30 yanvar, 2026 / 12:27