Gürcüstan Prezidenti ABŞ-a gedib

Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ-a işgüzar səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyasından bildirilib.

S.Zurabişvili Vaşinqtonda ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbraytın dəfn mərasimində iştirak edəcək.

Qeyd edək ki, M.Olbrayt martın 23-də 84 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 06 noyabr, 2026 / 05:45