Gürcüstan NATO standartlarına uyğun olan qumbaraatan, əl qumbarası və raket istehsalına başlayır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvili bəyan edib.
O qeyd edib ki, Gürcüstanda NATO standartlarına uyğun patronlar istehsal edən zavodun inşa edilməsi ilə bağlı qərar hələ qüvvədədir.
Nazir bildirib ki, bu layihə mürəkkəbdir.