Gürcüstan parlamentinin spikeri prezidentin əvəzinə mübahisəli qanunu imzalamaq niyyətindədir

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Prezident Salome Zurabişvilinin yerinə “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini imzalayacağını açıqlayıb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.

“Xarici təsirlərin şəffaflığı haqqında” qanun dünən Prezident Administrasiyasına göndərilib. İndi imzanı gözləyirik. Aydındır ki, böyük ehtimalla prezident bunu imzalamayacaq. Müvafiq olaraq bu qanunu mən imzalayacağam”, - o qeyd edib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49