Gürcüstan parlamentinin sədri Arçil Talakvadze Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovla vida görüşü keçirib.
“Report”un yerli xəbər verir ki, spiker keçmiş səfirə fəaliyyətinə görə minnətdarlıq bildirib.
A.Talakvadze deyib ki, D.Həsənov Gürcüstanda fəaliyyəti dövründə iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və strateji sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına xidmət edib.
Parlament sədri azərbaycanlı diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, D.Həsənov avqustun 17-də Azərbaycanın Gürcüstandakı səfiri vəzifəsindən geri çağırılıb.