Gürcüstan parlamentinin nümayəndə heyəti Ukraynaya gedir

Gürcüstan parlamentinin səkkiz deputatından ibarət nümayəndə heyəti Ukraynaya yollanacaq.

“Report”un yerli bürosu xəbər verir ki, nümayəndə heyətinə spiker Şalva Papuaşvili başçılıq edəcək.

Heyətə vitse-spikerlər - David Sergeyenko, Arçil Talakvadze və Levan İoseliani, həmçinin deputatlar - Anna Natsvlişvili, Vaxtanq Maqrelişvili, Xatuna Samnidze və Giorgi Xocevanişvili daxil olacaq.

Nümayəndə heyətinin Ukraynaya sabah yola düşəcəyi gözlənilir.

Digər xəbərlər