Gürcüstan parlamentinin növbədənkənar sessiyası baş tutmayacaq

Gürcüstan parlamentinin növbədənkənar sessiyası çərçivəsində plenar iclaslar keçirilməyəcək.

“Report”un yerli bürosu xəbər verir ki, buna səbəb hakim Gürcü Arzusu Partiyasının sessiyada iştirakdan imtina etməsi ilə yetərsayın olmamasıdır.

Qeyd edək ki, növbədənkənar sessiya parlament müxalifətinin müraciəti əsasında prezidentin fərmanı ilə bu günə çağırılıb.

Digər xəbərlər