Gürcüstan parlamentinin keçmiş sədri vitse-spiker seçildi

Gürcüstan parlamentinin keçmiş sədri Arçil Talakvadze qanunverici orqanın vitse-spikeri seçilib.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu postda spiker seçilən Kaxa Kuçavanı əvəzləyib.

Onun namizədliyini 86 deputat dəstəkləyib.

Qeyd edək ki, A.Talakvadze sədr vəzifəsini aprelin 24-də tərk edib.

Digər xəbərlər