Gürcüstan parlamenti Avropa Komissiyasının tələbi ilə baş prokurorun yeni qaydalara uyğun seçilməsini nəzərdə tutan konstitusiyaya düzəlişləri birinci oxunuşda təsdiq edib.
"Report" TASS-a istinadən xəbər verir ki, səsvermə qanunverici orqanın saytında yer alıb.
Qeyd edək ki, konstitusiyaya dəyişiklik etmək üçün 150 deputatdan 113-nün razılığı tələb olunurdu. Layihəyə əsasən, növbəti iki çağırış parlament 150 deputatın beşdə üç səsi ilə baş prokuroru altı il müddətinə təsdiq etməlidir. Əgər bunu iki dəfə etmək olmasa, o zaman baş prokuror 76 səslə deyil, 1 il müddətinə təyin ediləcək.
Gürcüstanın hazırkı baş prokuroru 2020-ci ilin fevralında bu vəzifəyə seçilən İrakli Şotadzedir.