General-mayor Giorgi Matiaşvili Gürcüstanın Müdafiə Qüvvələri Baş Qərargahına yeni rəis təyin olunub.
“Report”un yerli bürosu xəbər verir ki, o, bu gündən vəzifəsinin icrasına başlayıb.
G.Matiaşvili 2019-cu ildən Baş Qərargahın rəis müavini olub və uzun illər Gürcüstanın Müdafiə Nazirliyində müxtəlif yüksək vəzifələrdə çalışıb.
Qeyd edək ki, qonşu ölkənin Müdafiə Qüvvələrinin Baş Qərargahına 2018-ci ilin dekabrından bu günə qədər general-leytenant Vladimir Çaçibaya rəhbərlik edib.