Gürcüstan İŞİD-lə əlaqədə şübhəli bilinən şəxsi Rusiyaya təhvil verib

Gürcüstan terrorçuluqda şübhəli bilinən Ramazan Əhədov adlı Rusiya vətəndaşını ölkəsinə təhvil verib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani məlumat verib.

Nazir həmin şəxsə qarşı İŞİD üçün adam toplamaq, 2013-2015-ci illər ərzində bu təşkilat tərəfindən döyüşlərdə iştirak etməklə bağlı ittihamlar irəli sürüldüyünü bildirib.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49