Gürcüstan DTX-sı xəbərdarlıq edib

“Gürcüstan etnik və dini müxtəlifliyə görə daim olaraq dözümsüzlük və separatizm təzahürlərinin eskalasiyasının təhlükəsi altındadır”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2019-cu il üzrə hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, məhz buna görə xarici ölkələrin xüsusi xidmət orqanları Gürcüstanın müəyyən bölgələrinə maraq göstərirlər.

DTX-dan bildirilib ki, 2019-cu ildə Gürcüstanda ultrasağ düşüncəli qruplarla bağlı riskləri müəyyən edilib: “Bu cür fikirlər davam edən qlobal böhran nəticəsində artan beynəlxalq miqrasiya prosesi ilə də bağlı olub”.

Hesabatda vurğulanıb ki, Gürcüstanın təhlükəsizliyi üçün önəmli problemlərdən biri də hibrid təhdidlərdir: “Gürcüstanda təsirə sahib olmaqda maraqlı ölkələr məqsədlərinə nail olmaq üçün “hibrid müharibə” alətlərini daha effektiv istifadə etmək üçün cəmiyyətdə müxtəlif qrupları araşdırmağı davam etdiriblər”.

Digər xəbərlər

Türkiyədə fabrik yanır 19 yanvar, 2026 / 12:05