Ozurgeti-Tbilisi reysi ilə hərəkət edən qatarın sərnişinlərinin təxliyəsinə səbəb vaqonlardan birində baş verən tüstülənmə olub.
“Report” xəbər verir ki, bu barədə "Gürcüstan Dəmir Yolu" (GDY) SC-nin məlumatında deyilir.
Tüstülənmə Şida Kartli bölgəsində Qomi-Aqara keçidində qeydə alınıb.
"Hadisə nəticəsində xəsarət alan olmayıb. Təxliyə vaxtında həyata keçirilib və bu dəqiqələrdə "Gürcüstan Dəmir Yolu" sərnişinlərin alternativ nəqliyyatla daşınması üzərində işləyir. Əlavə qatar artıq yoldadır", - məlumatda qeyd olunub.
GDY-nin məlumatına görə, tüstülənmənin səbəbi araşdırmadan sonra müəyyən ediləcək.