Gürcüstan daha 50 vətəndaşını Azərbaycandan təxliyə etdi

Gürcüstanın Azərbaycandakı səfirliyi bir qrup ölkə vətəndaşının vətənə təxliyəsini təmin edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə səfirlikdən bildirilib.

Mayın 15-də 50 Gürcüstan vətəndaşı avtobusla vətənə yola salınıb. Həmin şəxslər arasında yeniyetmələr, yaşlılar, hamilə qadınlar, ağır xroniki xəstəlikləri olanlar var.

Vətəndaşların Gürcüstana təxliyə prosesi Azərbaycanın müvafiq dövlət qurumları ilə razılıq əsasında həyata keçirilib.

Qeyd edək ki, bundan öncə Gürcüstan Azərbaycandan 110 vətəndaşını təxliyə edib.

Digər xəbərlər