Gürcüstan bəzi məhdudiyyətləri aradan qaldırmağa hazırlaşır

“Gürcüstanda aprelin 27-dən başlayaraq koronavirus pandemiyası ilə bağlı olaraq tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılacaq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.

Onun sözlərinə görə, avtomobillə hərəkətə tətbiq olunan qadağanın da aradan qaldırılması nəzərdə tutulub.

Hökumət rəsmisi qeyd edib ki, minik avtomobili ilə hərəkətə tətbiq olunan qadağa aprelin 26-dək qüvvədə qalacaq.

Digər xəbərlər