Gürcüstanın Marneuli rayonunda "İşğala son!" şüarlı dinc aksiya keçirilir.“Report”un yerli bürosu xəbər verir ki, aksiyanı "Borçalı İrəli" İctimai Birliyi və Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyası birgə təşkil edib.
Aksiyada Azərbaycan dövlətinə və Ordusuna dəstək, "Qarabağ Azərbaycandır!", "Hamımız İlqarıq" (şəhid İlqar Mirzəyev-red.) şüarları səsləndirilir. İştirakçılar Gürcüstan ərazilərinin işğal altında saxlanılmasını da qınayırlar.