“Gürcü Arzusu”: Gürcüstan sülh danışıqları üçün ən yaxşı platforma ola bilər

“Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının aparılması üçün ən yaxşı yer və platforma ola bilər”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, Gürcüstan maraq olacağı təqdirdə bu missiyanı yerinə yetirməkdən məmnun olacaq.

Digər xəbərlər