GUAM PA-nın komitəsi münaqişələrin həllinin siyasi-hüquqi aspektləri haqqında qətnamə qəbul edib

Bakı. 27 iyun. REPORT.AZ/ Kiyevdəki GUAM Katibliyində qurumun Parlament Assambleyasının Siyasi, Hüquqi Məsələləri üzrə Komitəsinin birinci iclası keçirilib. 

GUAM mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasda təşkilata üzv olan dövlətlərin  ərazisindəki münaqişələrin həllinin siyasi-hüquqi aspektləri haqqında qətnamə layihəsi, GUAM-la digər beynəlxalq və regional təşkilatların Parlament Assambleyaları arasında əməkdaşlığın inkişafına dəstək haqqında məsələ müzakirə olunub.  

İclasın sonunda protokol qəbul olunub. 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49