Geka Geladze Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifəsinə təsdiqlənib

Gürcüstan parlamenti Geka Geladzenin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri vəzifəsinə təyinatını təsdiqləyib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, plenar iclasda keçirilən səsvermə nəticəsində o, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri seçilib.

Məlumata görə, Geladzenin namizədliyini 85 deputat dəstəkləyib, 12 nəfər isə əleyhinə səs verib.

Qeyd olunub ki, səsvermədən əvvəl namizəd parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin qapalı iclasında dinlənilib.

Məlumata görə, parlament Geka Geladzeni bu vəzifəyə 6 il müddətinə təsdiqləyib.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49