G7 ölkələrinin və Türkiyənin səfirləri taxıl ixracı ərəfəsində Odessaya gəliblər

“Yeddilik” (G7) ölkələrinin və Türkiyənin səfirləri Ukraynadan taxıl ixracının bərpasında şəxsən iştirak etmək üçün Odessaya gəliblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons məlumat verib.

“Ukraynanın ərzaq ixracının bərpası üçün BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmanın əhəmiyyətinə şahidlik etmək üçün indi Odessada olan G7 və Türkiyə səfirləri ilə bir yerdəyəm”, - o tvitterdə yazıb.

Xatırladaq ki, bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar yaxın saatlarda taxıl yüklənmiş gəmilərin göndərilməsi məqsədilə işlərin aparıldığını açıqlayıb.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49