Bakı. 18 dekabr. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) son beş il ərzində hərbçilərə qarşı planlaşdırılan 4 terror aktının qarşısını alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu FTX-nin Hərbi əks-kəşfiyyat idarəsinin rəisi general-polkovnik Nikolay Yuryev bildirib.
Onun sözlərinə görə, Hərbi əks-kəşfiyyat idarəsi terror yönümlü 6 cinayətin qarşısını alıb və 25 ekstremist qruplaşmanın fəaliyyətini aşkarlayıb.
General-polkovnik bildirib ki, son beş ildə xüsusi xidmət orqanlarının əməkdaşları hərbi hissələrdən qanunsuz çıxarılan 2 mindən çox odlu silah, 2 milyona yaxın sursat, 377 əldəqayırma partlayıcı, eləcə də 32 ton partlayıcı maddə müsadirə edib.
Qeyd edək ki, bir müddət əvvəl FTX-nin direktoru Aleksandr Bortnikov 2018-ci ildə 65 terrorçunun, o cümlədən 10 dəstəbaşçısının, habelə 236 terrorçunun və terrorçuların 589 himayəçisinin zərərsizləşdirldiyini bildirmişdi.