Fidan: ABŞ-də Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini açıqladıq

ABŞ-də keçirdiyimiz görüşlərdə Türkiyənin Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini açıqladıq.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu həmin ölkənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin Mayami şəhərində keçirilən və Birləşmiş Ştatlar, Türkiyə, Misir və Qətərin qatıldığı Qəzza ilə bağlı görüşlə bağlı danışarkən deyib.

H.Fidan toplantıya qatılan nümayəndə heyətlərinin Rusiya-Ukrayna münaqişəsində də vasitəçilik etdiyini bildirib: "Amerika nümayəndə heyəti təkcə Qəzza məsələsində deyil, həm də Ukraynada vasitəçilik edir. ABŞ-də həftəsonu keçirilən Qəzza görüşünə əlavə olaraq, Ukrayna ilə bağlı danışıqlar üçün Rusiya, Ukrayna və Avropadan olan nümayəndələrlə də bir araya gəldik".

"Amerikalılarla, avropalılarla və ukraynalılarla (Rusiya – Ukrayna müharibəsi – red) sülh prosesindəki son inkişafları qiymətləndirmək imkanı əldə etdik. Fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, Prezidentimiz (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan) bu yaxınlarda Türkmənistanda Putinlə (Rusiya Prezidenti Vladimir Putin – red) görüş keçirdi və Rusiyanın mövqeyi ilə birbaşa tanış olmaq imkanı əldə etdik. Dünən amerikalılar, avropalılar və ukraynalılar arasında aparılan müzakirələrdə əldə edilən məqamları da dinlədik. Türkiyənin mövqeyini də onlarla bölüşdük", - H.Fidan əlavə edib.

Digər xəbərlər

Tokayev Sankt-Peterburqa gedəcək 20 dekabr, 2025 / 15:03