“Regionda son bir həftədir ki, gərgin münasibət hiss olunur. Bu münasibətlərin təhlil edilməsinə ehtiyac var”.
“Report”un xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Qars Müqaviləsinin 100-cü ildönümündə Cənubi Qafqazda geosiyasi vəziyyət” adlı konfransda çıxışı zamanı deyib.
O xatırladıb ki, Azərbaycanın Türkiyə ilə bir çox sahədə əməkdaşlığı mövcuddur: “Hesab edirəm ki, düşüncə mərkəzləri sahəsində də əməkdaşlıq vacibdir".