Fələstin Prezidenti Mahmud Abbas iyulun 25-də Türkiyəyə rəsmi səfər edəcək.
"Report" xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Fələstin Prezidenti iyulun 26-da Türkiyəni tərk edəcək.
Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perespektivləri müzakirə olunacaq. Abbas Türkiyəyə sonuncu dəfə 2022-ci ilin avqustunda səfər edib. Səfər zamanı "Türkiyə Fələstin rəhbərliyini və xalqını hər sahədə dəstəkləyir" dilə gətirib.